[30.06.2018] Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq. Qol.az-ın xəbərinə görə, Qurban Qurbanovun komandası Suriya millisi ilə qarşılaşacaq. Matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Bolqarıstan “Ludoqorets”i (1:1) və  Avstriya “Vakker İnsbruk”u (0:0) ilə heç-heçə edib.

[30.06.2018] DÇ-2018-də bu gün keçiriləcək 1/8 final oyunlarına Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Qol.az-ın xəbərinə görə, qarşılaşma aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN “İdman Azərbaycan” 18:00. Fransa – Argentina 22:00. Uruqvay – Portuqaliya İTV 18:00. Fransa – Argentina 22:00. Uruqvay – Portuqaliya TÜRKİYƏ “TRT 1” 

Ətraflı

[30.06.2018] “Bilirik Rusiya millisi necə oynayır. Onlar cinahlardan hücumlar qururlar. Bu, da onların çox təhlükəli rəqib olması deməkdir”. Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro “Maraca”ya açıqlamasında deyib. O, DÇ-2018-in 1/8 finalında Rusiya ilə keçiriləcək görüş barədə fikirlərini bildirib: “Onu da unutmayaq ki, Rusiya öz meydanlarında, çoxsaylı azarkeşlərinin qarşısında oynayacaq. Futbolçularımız 

Ətraflı

[30.06.2018] Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununu keçirəcək. Qol.az-ın xəbərinə görə, rəqib Bosniya və Herseqovina təmsilçisi “Çelik”dir. Boluda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qeyd edək ki, Yuri Maksimovun komandası ikinci yoxlama matçında  “Levadiya”(Estoniya) ilə qarşılaşacaq. Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da “Traktorsazi”yə qarşı keçiriləcək.

[30.06.2018] Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək. Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçiriləcək. Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gələcək. Ulduz futbolçuların cəmləşdiyi yığmaların oyunu maraqla gözlənilir. Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qrup mərhələsində keçirdiyi 3 oyunda qol buraxmadan lider kimi pley-offa 

Ətraflı

[30.06.2018] Topaz Premyer Liqada yay fasiləsidir. Qol.az-ın məlumatına görə, klublar transfer fəaliyyətini davam etdirir. Qeyd edək ki, Azərbaycanda iyunun 9-da açılan yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq. “Qarabağ” Gələnlər: Filip Ozobiç (“Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Abdullah Zubir (“Lans”, Fransa) Gedənlər: Pedro Enrike (PAOK,  icarə müddəti bitib), Ramil Şeydayev (“Trabzonspor”,  icarə müddəti bitib), Rahid Əmirquliyev, Ağabala Ramazanov 

Ətraflı

[30.06.2018] “Neftçi” daha bir transferini rəsmiləşdirib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qanalı futbolçu Kvame Karikari ilə 2 illik  müqavilə imzalanıb. 26 yaşlı hücumçu 11 nömrəli formanı geyinəcək. Sonuncu klubu “Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın “İnternational Ellies”, İsveçin AİK, “Deqerfors”, “Halmstad”, Türkiyənin “Balıkesirspor”, Norveçin “Hauqesund”, Ukraynanın “Stal”, Qətərin “Əl Marhiya” və Qananın 

Ətraflı

[29.06.2018] 19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək. Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 5-dən 27-dək davam edəcək toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb.  U-19 hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcək. Oyunların və toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik. 15 iyul. U-19 – “Keşlə” (əvəzedici) 18 

Ətraflı

[29.06.2018] Futzal üzrə Azərbaycan millisi və “Araz” klubunun üzvü Eduardo Borges karyerası ilə bağlı yeni qərar verib. Qol.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, o, qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək. Bu barədə futzalçı şəxsi “Feysbuk” hesabında paylaşım edib. Mayda “Araz”la müqavilə başa çatan müdafiəçi Fransanın “Acces Futsal” klubu ilə anlaşıb. Qeyd 

Ətraflı

[29.06.2018] “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak DÇ-2018-in H qrupunda 1/8 finala vəsiqə qazanan 2-ci komandanın “Fair-play” qaydaları ilə müəyyənləşdirilməsinə münasibət bildirib. Qol.az-ın məlumatına görə, polşalı futbolçu şəxsi “Twitter” və “İnstagram” hesabında FİFA-nın qərarını tənqid edib. O, bunun haqsızlıq olduğunu bildirib: “Məncə, FİFA-nın qalibi “Fair-play” qaydaları ilə müəyyənləşdirməsi uğursuz variantdır. Hər hakimin oyuna fərqli baxışı var. Bəzisi 

Ətraflı