[30.07.2018] Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr edilən tədbirə dəvət olunub. Qol.az-ın xəbərinə görə, FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın üzvləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirdə iştirak edəcək. Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək təbdirdə ilin ən yaxşı məşqçisi və futbolçusu da elan ediləcək.

[30.07.2018] “Yuventus”un futbolçusu Xuan Kuadrado “Roma”ya keçə bilər. Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, paytaxt klubu kolumbiyalı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıb. Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 21 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

[30.07.2018] “Barselona”nın futbolçusu Luka Din Kataloniya klubundan ayrılıb. Qol.az-ın xəbərinə görə, fransalı futbolçu bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. “Barselona”nın ona ailə kimi olduğunu bildirən 25 yaşlı futbolçu klubda çalışan hər kəsə təşəkkür edib. Qeyd edək ki, 2016-cı ildə PSJ-dən transfer edilən Luka Dinin “Everton”a keçəcəyi gözlənilir.

[30.07.2018] Braziliya millisi və PSJ-nin hücumçusu Neymar tez-tez simulyasiya etdiyinə görə özünə qarşı yönələn tənqidlərə münasibət bildirib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu hərdən bilərəkdən yerə yıxıldığını etiraf edib: “Siz düşünə bilərsiniz ki, mən simulyasiya edirəm. Hərdən yalandan yerə yıxılıram. Amma həqiqətən meydanda çox əziyyət çəkirəm. Bəzən bütün dünyanı heyətləndirən, bəzən 

Ətraflı

[30.07.2018] “Çelsi” və “Real”ın sabiq futbolçusu Maykl  Esyen karyerasını başa vurub. Qol.az-ın xəbərinə görə, Qana millisinin yarımmüdafiəçisi 35 yaşında futbolla vidalaşıb. Qeyd edək ki, Esyen 2012-ci ildə “Çelsi” ilə Çempionlar Liqasını qazanıb. Son mövsümü İndoneziyanın “Persib” komandasında keçirən futbolçu “Lion”, “Milan” və “Panatinaikos” klublarında da çıxış edib.

[30.07.2018] “Neftçi”nin sabiq futbolçusu Flavio Aleks Valensiya (Flavinyo) Qol.az-a müsahibə verib. Artıq futbolla vidalaşdığını söyləyən braziliyalı ölkəmizdəki karyerasını xatırlayıb. – Hazırda nə işlə məşğul olursunuz? – Hazırda işsizəm. Çünki 1 ilə yaxındır ki, futbol oynamıram. Karyeramı başa vurmuşam. İndi daha çox ailəmə vaxt ayırıram, onların qayğısına qalıram. – 2010-2015-ci illərdə “Neftçi”nin formasını geyinmisiniz. Azərbaycandakı karyeranızı 

Ətraflı

[30.07.2018] Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”ın qonağı olacaq  “Kukesi”nin  Bakıya səfər proqramı açıqlanıb. Qol.az-ın  “Panorma Sport”a istinadən yaydığı xəbərə görə, Albaniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 23:00-da ölkəmizə yola düşəcək. Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar 

Ətraflı

[30.07.2018] “Los-Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç MLS liqasının 22-ci turunda “Orlando Siti” ilə keçirilən oyunda het-trik edib. Qol.az-ın xəbərinə görə, 36 yaşlı hücumçunun qolları sayəsində komandası 4:3 hesablı qələbə qazanıb. Bu, İbrahimoviçin ABŞ klubunda ilk het-trikidir. Qeyd edək ki, Zlatan  “Los-Anceles Qalaksi”də 17 oyuna 15 qol vurub, 4 məhsuldar ötürmə edib.

[30.07.2018] “Mançester Yunayted” ciddi itki ilə üzləşib. Qol.az-ın xəbərinə görə, komandanın aparıcı üzvlərindən olan Nemanya Matiç mövsmümün əvvəlində “qırmızı şeytanlar”a kömək edə bilməyəcək. Komandanın baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında serbiyalı yarımmüdafiəçisinin dünya çempionatında zədələndiyini bildirib. Mourinyonun sözlərinə görə, futbolçu müəyyən qədər istirahət etsə də, zədəsi sağalmayıb. Daha sonra isə Matiç əməliyyat olunub. Onun nə 

Ətraflı

[30.07.2018] Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” növbəti yoxlama görüşü keçirib. Qol.az-ın məlumatına görə, qaradənizlilər aşağı liqa təmsilçisi “Samsunspor”la qüvvəsini sınayıb. Oyuna ehtiyatdan başlayan Şeydayev fasilədən sonra meydana daxil olub. “Trabzonspor” ikinci hissədə 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 3:0. Qolları Pereyra, Amiri və Muhammet Bəşir rəqib qapısından keçirib.