[31.08.2018] “Arsenal”…” width=”250″ hspace=”5″ vspace=”5″ border=”1″ align=”left”>Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.az-ın məlumatına görə, Monakodakı tədbirdə “Qarabağ”ın da rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə E qrupunda mübarizə aparacaq. Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. 2018-2019 mövsümündə Avropa 

Ətraflı

[31.08.2018] Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, səsverməyə əsasən, turnirin qalibi olan “Atletiko”nun hücumçusu Antuan Qrizmann birinci olub. Fransalı hücumçu komanda yoldaşı Dieqo Qodin və “Marsel”  yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb. Xatırladaq ki, ötən mövsüm bu ada turnirin son qalibi “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol poqba layiq görülmüşdü.

[31.08.2018] “Qarabağ” millimizin yarımmüdafiəçisi Araz Abdullayevi heyətinə cəlb edib. Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu Avroliqada transfer pəncərəsinin bağlanmasının sonuncu günü 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Qeyd edək ki, Arazın son klubu Yunanıstanın “Panionios” komandası olub.

[31.08.2018] AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib. Qol.az-ın xəbərinə görə, o, AFFA-nın saytına açıqlamasında Ağdam təmsilçisini təbrik edib və komandanınn daha yaxşı nəticələr qazanacağına inandığını deyib: “Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. “Qarabağ” UEFA Avropa Liqasının 

Ətraflı

[31.08.2018] Bu gün Monakoda Avropa Liqasında 2018/2019 mövsümünün loqosu təqdim olunub. Qol.az-ın xəbərinə görə, loqoda təsvir edilən yarışın kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələri ilə əhatə olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərinin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və təbii 

Ətraflı

[31.08.2018] “Nüfuzuna görə ikinci ən böyük klublararası futbol turnirinin – Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil”. Bakı 2019 Avropa Liqası Finalı Əməliyyat Qrupundan Qol.az-a verilən xəbərə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakı 2019 Avropa Liqasının finalı üçün hazırlanmış loqonun təqdimat mərasimində deyib. O, Bakıda keçirilmiş digər futbol yarışları da xatırladıb: “2012-ci ildə 

Ətraflı

[31.08.2018] Azərbaycan futbol ictimaiyyətinə itki üz verib. Qol.az-ın məlumatına görə, AFFA-nın əməkdaşı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Abas Əzim oğlu Əzimov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, ömrünün 82-ci ilində dünyasını dəyişib. Əzimov Abas Əzim oğlu 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun 

Ətraflı

[31.08.2018] “Zirə”nin yeni baş məşqçisi Samir Abasov brifinq keçirib. 39 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda məşq prosesindən öncə jurnalistlərin suallarını cavablandırıb. – Komanda ilə bağlı ilk təəsüratınız necədir? – Dünəndən etibarən məşqlərə başlamışıq. Üç nəfər oyunçumuz millidə olduğu üçün ümumi toplantı keçirməmişik. Tanışlıq xarakterli iclasımız oldu. Təəsüratımız yaxşıdır. Uşaqlar canla-başla məşq edirlər. Açığı, bir az 

Ətraflı

[31.08.2018] Bu gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılacaq. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edəcək. Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı 15:00-da başlanacaq.