[04.09.2018]

Əliyar Ağayev Rusiya - Çexiya oyununda

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, gənc referi sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.

Yan xətt hakimi funksiyasını isə  Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.

Bir cavab yazın