[04.09.2018]

Gökhan Gönül heyətdən çıxarıldı

“Beşiktaş”ın futbolçusu Gökhan Gönülün adı Türkiyə millisinin heyətindən çıxarılıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi sağ çiynindəki zədə səbəbindən Rusiya və İsveçlə matçlarda iştirak etməyəcək.

Qeyd edək ki, Türkiyə sentyabrın 7-i Rusiyanı qəbul edəcək, üç gün sonra İsveçin qonağı olacaq.

Bir cavab yazın