[04.09.2018]

Millimizin heyətində dəyişiklik

UEFA Millətlər Liqasında Kosovonu qəbul edəcək Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Səlahət Ağayev (“Neftçi”) atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) dəvət olunub.

Qeyd edək ki, Azərbaycan  sentyabrın 7-də, Bakı Olimpiya stadionunda Kosovonu qəbul edəcək.

Bir cavab yazın