[04.09.2018]

"Qəbələ"nin Gənclər Liqasındakı rəqibləri müəyyənləşir

Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.

Qol.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə təmsilçimiz  “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Artıq “qırmızı-qaralar”ın potensial rəqiblərinin sayı 7-ə enib. Bunlar  “Herta” (Berlin, Almaniya), “Siqma” (Çexiya), PAOK (Yunanıstan), “Lex” (Poznan, Çexiya), AEL (Limassol, Kipr), “Maribor” (Sloveniya) və “Şerif” (Tiraspol, Moldova) klublarıdır.

Qeyd edək ki, ilk mərhələnin oyunları 3 – 24 oktyabrda, 2-ci mərhələnin görüşləri isə 7 – 28 noyabrda keçiriləcək.

Xatırladaq ki, “Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub – 0:2, 0:5.

Bir cavab yazın