[04.09.2018]

Rəşad Sadıqov üçün yeni köməkçi

21 yaşadək futbolçulardan ibarət milli komandamıza yeni məşqçi təyin olunub.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Borçe Xristov U-21-də köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, makedoniyalı məşqçi daha öncə “Bakı” və “Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Bir cavab yazın