[04.09.2018]

"Yuventus"un sabiq futbolçusu "Zenit"də - <b style="color:red">rəsmi</b>

“Zenit” “Yuventus”dan ayrılan Klaudio Markizionu transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 ilini “Yuventus”da keçirən Markizio bu yay klubdan ayrılmışdı. O, Turin təmsilçisi ilə 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, 3 dəfə isə İtaliya Superkubokunu qazanıb.

Bir cavab yazın