[04.09.2018] “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla” heyətini gücləndirib. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Poltava təmsilçisi malili İbrahim Kone və qanalı Nacib Yakubunu transfer edib. 18 yaşlı futbolçuların adı Ukrayna təmsilçisinin yeni mövsüm üçün sifariş ərizəsinə əlavə olunub. Kone yarımmüdafiəçi, Yakubu isə müdafiəçidir. Qeyd edək ki, “Vorskla” E qrupunda “Qarabağ”la yanaşı, 

Ətraflı

[04.09.2018] “Hamımız Roman İosifoviçin şəxsi məsələlərini həll edərək, öz işinə qayıdacağını gözləyirik”. Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan  Xamitcanov “Sports.kz”a açıqlamasında deyib. O, komandanı müvəqqəti olaraq tərk edən baş məşqçi Roman Qriqorçukla yolları ayırdıqları ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bunlar boş söhbətlərdir. Hər hansı bir dəyişiklik olsa, bu haqda azarkeşlərimizə məlumat 

Ətraflı

[04.09.2018] Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, gənc referi sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq. Yan xətt hakimi funksiyasını isə  Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.

[04.09.2018] 21 yaşadək futbolçulardan ibarət milli komandamıza yeni məşqçi təyin olunub. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Borçe Xristov U-21-də köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək. Qeyd edək ki, makedoniyalı məşqçi daha öncə “Bakı” və “Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

[04.09.2018] Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq. Qol.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə təmsilçimiz  “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Artıq “qırmızı-qaralar”ın potensial rəqiblərinin sayı 7-ə enib. Bunlar  “Herta” (Berlin, Almaniya), “Siqma” (Çexiya), PAOK (Yunanıstan), “Lex” (Poznan, Çexiya), AEL (Limassol, Kipr), “Maribor” 

Ətraflı

[04.09.2018] “Barselona”nın futbolçusu Lionel Messi gələcəyi ilə bağlı açıqlama verib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, 2021-ci ilin yayında müqaviləsinin müddəti başa çatana kimi Kataloniya klubundan ayrılmayacaq: “Bu müqaviləmin müddəti bitənə kimi futbol oynayacam. Sonra klub rəhbərliyi ilə danışacam və futbola davam edib-etməyəcəyimi düşünəcəyik”.

[04.09.2018] “Beşiktaş”ın futbolçusu Gökhan Gönülün adı Türkiyə millisinin heyətindən çıxarılıb. Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi sağ çiynindəki zədə səbəbindən Rusiya və İsveçlə matçlarda iştirak etməyəcək. Qeyd edək ki, Türkiyə sentyabrın 7-i Rusiyanı qəbul edəcək, üç gün sonra İsveçin qonağı olacaq.

[04.09.2018] “Zenit” “Yuventus”dan ayrılan Klaudio Markizionu transfer edib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, 25 ilini “Yuventus”da keçirən Markizio bu yay klubdan ayrılmışdı. O, Turin təmsilçisi ilə 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, 3 dəfə isə İtaliya Superkubokunu qazanıb.

[04.09.2018] UEFA Millətlər Liqasında Kosovonu qəbul edəcək Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Səlahət Ağayev (“Neftçi”) atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) dəvət olunub. Qeyd edək ki, Azərbaycan  sentyabrın 7-də, Bakı Olimpiya stadionunda Kosovonu qəbul edəcək.

[03.09.2018] “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq İngiltərə millisinin düşərgəsini tərk edib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, kürəyində ağrılan hiss etdiyi üçün UEFA Millətlər Liqasında İspaniya ilə oyunu və İsveçrə ilə yoxlama görüşünü buraxacaq. Qeyd edək ki, R.Sterlinq DÇ-2018-də 6 matçda iştirak edib.