[03.09.2018] “Qarabağ”ın yeni transferi Araz Abdullayevin Ağdam klubunda geyinəcəyi forma nömrəsi bəlli olub. Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formayla mübarizə aparacaq. Qeyd edək ki, müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan Araz qarşıdakı 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

[03.09.2018] Milli komandamız və “Səbail”in hücumçusu Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Yığmamızın Millətlər Liqasında Kosovo və Malta ilə keçirəcəyi oyunlara hazırlığı haqda danışan futbolçu rəqiblərdən qorxmadıqlarını bildirib. – UEFA Millətlər Liqasının Kosovo və Malta ilə oyunları öncəsi milli komandada atmosfer necədir? – Komandada ab-hava əladır. Hər birimiz məşqlərdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Kosovo 

Ətraflı

[03.09.2018] UEFA Millətlər Liqasında Kosovo və Malta ilə keçiriləcək oyunlara hazırlaşan millimiz məşqlərini davam etdirir. Yığma komandanın mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Pavel Paşayevdən başqa, hamı düşərgədədir. Dünən kollektivə qoşulan Riçard Almeyda, Dmitri Nazarov və Ramil Şeydayev artıq komanda ilə birgə məşqdə iştirak ediblər. Ukraynanın “Aleksandriya” klubunun formasını geyinən Paşayev isə bu axşam Bakıda 

Ətraflı

[03.09.2018] Ruiyanın “Russia Today” telekanalı Azərbaycanla bağlı səhvini düzəldib. Qol.az-ın xəbərinə görə, Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı hazırladığı xəbərdə  “Qarabağ”ı Ermənistan klubu kimi təqdim edən telekanalın saytı səhvini aradan qaldırıb. Artıq “Qarabağ” Azərbaycan klubu kimi göstərilib. Qeyd edək ki, sözügedən kanala erməni əsilli Marqarita Simonyan rəhbərlik edir.

[03.09.2018] “Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin BNT telekanalına müsahibə verib. Qol.az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Qarabağ”dan da danışıb. – Bu yay karyeranızda yeni səhifə açdınız. Niyə məhz “Qarabağ”ı seçdiniz? – Açığı, bu, çox düşünülmüş və riskli addım idi. Əgər Avropa Liqasında qrupa düşməsəydik, bu, elə də uğurlu keçid olmayacaqdı. Amma mən Avropada oynamaq və 

Ətraflı

[03.09.2018] “Mançester Siti”dən ayrılan Yaya Turenin yeni klubu bəlli olub. Qol.az-ın xəbərinə görə, kot-d-ivuarlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. 35 yaşlı futbolçu sabiq klubu “Olimpiakos”a keçib. Bu barədə klubun saytı xəbər yayıb. Müqaviilə müddəti və digər detalları haqda məlumat verilməyib. Qeyd edək ki, Yaya Ture 2005/2006 mövsümündə “Olimpiakos”da çıxış edib. O,  Donetsk “Metallurq”u, “Monako” və 

Ətraflı

[03.09.2018] Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə  oyunlar üçün heyəti açıqlanıb. Qol.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə,  baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib. Komandanın ulduz futbolçusu – “Latsio”da çıxış edən yarımmüdafiəçi Valon Berişa zədə səbəbində milliyə çağrılmayıb.  Qapıçılar: Samir Uykani (“Rizəspor”, Türkiyə), Faton Maloku (“Kukesi”, Albaniya), Visar 

Ətraflı