Cari ilin 08-18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında futzal üzrə 5-ci Avropa universitet oyunları keçirilir.

Sözügedən oyunlarda Azərbaycanı ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası təmsil edir.

Yarışa hazırlıq məqsədi ilə 03 iyun-05 iyul 2024-cü il tarixlərində Bakı şəhərində təlim-məşq toplanışı keçirilib, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanovla görüş təşkil olunub.

Qeyd edək ki, ölkəmizi təmsil edən komanda 07.07.2024-cü il tarixində Macarıstana yola düşüb.