ATL

  • Azərbaycan Tələbə Liqası Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə həyata keçirilir.
  • Yarışlara cari ilin noyabr ayında start verilir, may ayında yekun vurulacaqdır.
  • Oyunları AFFA-nın Hakimlər Departamenti tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir.
  • Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi tərəfindən 1-ci yer üçün 5000 AZN, 2-ci yer üçün 3000 AZN, 3-cü yer üçün 2000 AZN pul mükafatı nəzərdə tutulur. Çempionata yekun vurularkən I yeri tutub medal alan komanda Avropada UEFA-nın universitetlər arasında keçirdiyi qitə çempionatında iştirak etmək hüququ qazanır.
  • Çempionatda “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə fərqlənən futbolçular AFFA tərəfindən mükafatla təltif olunurlar.

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi

Azərbaycan Tələbə Liqası

Azərbaycan Tələbə Liqası ATFF İB-nin 12.07.23-cü il tarixli VI növbəti hesabat-seçki konfransında səsə qoyularaq yaradılmışdır. Liqada 12 ali təhsil müəssisəsi iştirak edir:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Bakı Dövlət Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Slavyan Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Pedaqoji Universiteti

Azərbaycan Tələbə Liqasının məqsədi :

  • Ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi və onlar arasında bu idman növünə marağın artırılması;
  • Tələbələr arasında perspektivli idmançıların aşkar edilməsi və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaradılması;
  • Tələbələrin futzal üzrə yığma komandasının formalaşdırılması və həmin komandanın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi;