15– 25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində tələbələr arasında Avropa Universitet Oyunları keçirilir.

Sözügedən oyunlarda futzal üzrə ölkəmizi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Ölkəmizi təmsil edən komanda iyulun 15-də İtaliyaya yola düşüb.

Komandamız ilk oyunlarda Almaniya komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, komandanın Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.