Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə ölkə birinciliyinin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Xorvatiyada tələbələr arasında keçirilən futzal üzrə Avropa çempionatında ilk dəfə olaraq ölkəmizi təmsil etmişdir.
17-27 iyul 2023-cü il tarixində Xorvatiyanın Split şəhərində keçirilən çempionata 17 ölkədən 19 komanda qatılmışdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilk oyunda Finlandiya komandasına 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, sonrakı oyunlarda İngiltərə komandasına 10:2, reytinqdə birinci yerdə olan Portuqaliya komandasına 3:1 və güclü Norveç komandasına 9:4 hesabı ilə qalib gələrək qrup birincisi kimi 1/4 finala vəsiqə qazanmışdır.
17 ölkənin iştirak etdiyi çempionatda təmsilçilərimiz 5-ci yerə layiq görülmüşdür.