Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib. Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.

Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.