Aprelin 19-da ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümündə II dövrənin qrup oyunları başa çatıb.
Liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası və Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinintələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.





