ATFF

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi

Yaranma tarixi: 02.07.2008-ci il

2015-ci ildən Azərbaycan Tələbə Futbol Federasiyasına elm və təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov rəhbərlik edir.

15.06.2019-cu ildə V növbəti hesabat-seçki konfransında, 12.07.2023-cü ildə VI növbəti hesabat-seçki konfransında Firudin Qurbanov yenidən prezident seçilmişdir.

ATFF İB-nin məqsədi futbol idman növünə daha çox tələbələri cəlb etmək üçün optimal şərait yaratmaq, gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, tələbə futbolçuların ustalıqlarını artırmaqdan ibarətdir.

ATFF İB-nin vəzifələri tələbələrin futbol üzrə respublika və beynəlxalq yarışlarının keçirilməsini təşkil etmək, bədən tərbiyəsi və idman üzrə dövlət proqramına uyğun olaraq futbolu inkişaf etdirmək, ölkədə idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı aparılan islahatları təbliğ və müdafiə etməkdir.

İcraiyyə Komitəsi Federasiyanın icra orqanı olub Federasiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ümumi yığıncağa hesabat verir. İcraiyyə Komitəsi 4 (dörd) il müddətinə seçilir. İcraiyyə Komitəsinin tərkibi prezident, 2 vitse-prezident və 7 üzvdən ibarətdir. İcraiyyə Komitəsinə prezident başçılıq edir.

Keçirilmiş tədbirlər:

  • 2015- Təhsil Kuboku
  • 2016- Respublikada ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin iştirak etdiyi futzal birinciliyi
  • 2017- Tələbələr arasında futbol üzrə çempionat
  • 2019- BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Respublika birinciliyi
  • 2019- Bakı Tələbə Klubunun AFFA-nın yüksək liqada keçirilən futzal üzrə yarışlarında iştirakı
  • 2021- Zəfər Gününə həsr olunmuş futzal yarışları
  • 2022- SDU-nun 60 illiyinə həsr olunmuş futzal yarışları
  • 2022- Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş minifutbol yarışları
  • 2023- Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş futzal turniri
  • 2023- Federasiya tərəfindən ADBTİA-nın komandasının ilk dəfə olaraq Xorvatiyada tələbələr arasında keçirilən futzal üzrə Avropa çempionatında iştirakının təmin edilməsi. Ətraflı…