15-25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında ölkəmizi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Komandamız qrup mərhələsində Norveç komandasını 4:2 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, komandanın Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.
