Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turniri cari ilin 20 fevral-1 mart tarixlərində keçiriləcəkdir.
Turnirdə Respublika üzrə ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edir:
- Azərbaycan Dillər Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Xəzər Universiteti
- Bakı Avrasiya Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
- Azərbaycan Maliyyə-İqtisad Kolleci
- Bakı Neft və Energetika Kolleci
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci
- Ağdam Dövlət Sosial-İqtisadi Kolleci
- Şəki Dövlət Regional Kolleci
- Mingəçevir Turizm Kolleci
- Gəncə Dövlət Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Tovuz Dövlət Sosial-İqtisadi Kolleci
- Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
- Lənkəran Dövlət Universiteti
- Astara Pedaqoji Kolleci
- Şamaxı Dövlət Regional Kolleci
- Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
- Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
Turnirin A-B qrup oyunları Bakıda (ADNSU-nun idman zalı), C-Ç qrup oyunları Gəncədə (Gəncə Olimpiya İdman Kompleksi) , D qrup oyunları isə Şirvanda ( Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin idman zalı) keçiriləcəkdir
Oyunlar AFFA-nın Hakimlər Departamenti tərəfindən təyin edilmiş hakimlər tərəfindən keçirilir.
Birinci yeri tutan komanda turnirin kuboku və qızıl medallarla, ikinci və üçüncü yeri tutan komandalar gümüş və bürünc medallarla mükafatlandırılır.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.